İqtisadiyyat

Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

Avropa Komissiyası cəmiyyətin kibertəhlükəsizliyini təmin etmək məqsədilə vahid Avropa kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib.
“APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Həyat Yolunun Təşviqi üzrə Avropa Komissiyası rəhbərinin müavini Marqaritis Sxinas Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün Avropa Komissiyası Avropa İttifaqının (Aİ) hökumət sistemlərinin, müəssisələrinin və vətəndaşlarının həyatına ciddi təsir edən kiberhücumlarla mübarizə aparmaq üçün yeni Birgə Agentlik konsepsiyasını təklif edib.
“Təhlükəsizliyimizə ciddi təsir edən kiberhücumların sayında və miqyasında artım qeyd olunur. Buna qarşı qabaqcıl və koordinasiyalı cavab tələb olunur və Aİ-dəki bütün oyunçular kiberarenada kollektiv şəkildə cavab verməyə və məlumat paylaşmağa hazır olmalıdırlar”, – deyə M. Sxinas qeyd edib.
Avropa Komissiyası tərəfindən yayımlanan materiallara görə, vahid kibertəhlükəsizlik agentliyi kütləvi kiberhadisələrin və böhranların qarşısını almaq və buna cavab vermək üçün Aİ və üzv ölkələrin resurslarını və təcrübəsini birləşdirməli olacaq. Bu təşəbbüsün həyata keçirilməsi və Aİ büdcəsindən maliyyələşdirilməsi Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button