İdman

Avropa Olimpiya Təsnifat Turniri bərpa olunur, Azərbaycan boksçuları mübarizəyə qoşulur

Bu gün Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Təsnifat Turniri bərpa olunacaq. 
Apasport.az saytının məlumatına görə, ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb, lakin üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılan yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu rinqə çıxacaq. 
Onların hər biri 1/4 final mərhələsinə vəsiqə uğrunda döyüşəcəklər. 
Kişilər1/8 final69 kqLorenzo Sotomayor – Sebastian Terteryan (Danimarka)
81 kqAlfonso Dominqes – Stefan Hrekul (Ukrayna)
Qadınlar1/8 final57 kqMəhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə)
75 kqAynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)
Qeyd edək ki, 5 gün davam edəcək Avropa Olimpiya Təsnifat Turnirində 7 boksçumuz mübarizəni davam etdirir. Tokio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda Cavid Çələbiyevlə (63 kq) Məhəmməd Abdullayev (+91 kq), həmçinin Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) növbəti günlərdə yarışa qoşulacaqlar. 
Boksçularımızın qüvvəsini sınadığı 63 kq çəki dərəcəsində 8, 69 kq, 81 kq, 57 kq-da 6, +91 kq və 75 kq-da 4 idmançı Oyunlarda iştirak hüququ qazanacaq. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button