Dünya

Avropa parlamentariləri Gürcüstanın bölgədəki vasitəçiliyini alqışlayıb

“Avropa parlamentariləri Azərbaycan və Ermənistan arasında Gürcüstanın vasitəçiliyi nəticəsində əldə olunan müsbət nəticələri təqdir edirlər”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropa inteqrasiyası üzrə Komitəsinin sədri Maka Boçorişvili deyib.
O, Brüsseldə Avropa Parlamentinin deputatları ilə bir sıra görüşlərin keçirildiyini bildirib:
“Görüşlərdə əsas müzakirə mövzusu Gürcüstanın Avropa İttifaqına inteqrasiyası olub. Biz həmçinin regionda baş verən son prosesləri də nəzərdən keçirdik. Azərbaycan və Ermənistan arasında Gürcüstanın vasitəçiliyi sayəsində əldə olunmuş müsbət nəticələr xüsusilə alqışlanıb. Bu, bölgədə təhlükəsizlik mühitinin yaxşılaşdırılması üçün vacib addım olub”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button