İdman

Avropa və dünya çempionu üz-üzə gələcək

AVRO-2020-də qrup mərhələsinə yekun vurulur.
Apasport.az saytının məlumatına görə, bu gün son oyunlar keçiriləcək.
E və F qrupunda baş tutacaq qarşılaşmalardan sonra bütün 1/8 final cütləri müəyyənləşəcək.
Turnirə uğursuz start götürən və iki heç-heçə edən İspaniya Slovakiyanı sınağa çəkəcək. “Buğalar” yoluna davam etmək üçün mütləq qələbə qazanmalıdırsa, slovakları bərabərlik də qane edəcək. E qrupunun digər duelində İsveç növbəti mərhələyə vəsiqəni təmin edibsə, Polşanın onlara qoşulmaq üçün qalibiyyətdən başqa yolu yoxdur.
“Ölüm qrupu” sayılan F qrupunda da 4 yığmanın hər biri şansını qoruyur. Almaniya Münhendə Macarıstan önündə sensasiyaya imkan verməsə, mübarizəni davam etdirəcək.
Turun mərkəzi matçı isə Avropa çempionatının son finalçıları arasında olacaq. AVRO-2016-nın qalibi Portuqaliya finalda məğlub etdiyi və DÇ-2018-i qazanan Fransa sınağına çıxacaq. Son tur yalnız fransızların 1/8 finala neçənci yerdə çıxacağını müəyyənləşdirəcək. Portuqaliyanın taleyi isə məhz bu qarşılaşmanın nəticəsindən asılı olacaq.
AVRO-2020III tur, 23 iyunE qrupu
20:00. Slovakiya – İspaniyaBaş hakim: Byörn Kuypers (Niderland)Sevilya. “Kartuya” stadionu
20:00. İsveç – PolşaBaş hakim: Maykl Oliver (İngiltərə)Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu

1

İsveç

2

1

1

0

1-0

4

2

Slovakiya

2

1

0

1

2-2

3

3

İspaniya

2

0

2

0

1-1

2

4

Polşa

2

0

1

1

2-3

1

F qrupu
23:00. Almaniya – MacarıstanBaş hakim: Sergey Karasyov (Rusiya)Münhen. “Allyans Arena”
23:00. Portuqaliya – FransaBaş hakim: Antonio Mateu Lahoz (İspaniya)Budapeşt. “Puşkaş Arena”

1

Fransa

2

1

1

0

2-1

4

2

Almaniya

2

1

0

1

4-3

3

3

Portuqaliya

2

1

0

1

5-4

3

4

Macarıstan

2

0

1

1

1-4

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button