Dünya

Avstraliyada koronavirus peyvəndini əvəz edəcək dərmanlar yaradılıb

Avstraliyalı alimlər COVID-19-un profilaktikası və müalicəsi üçün iki yeni preparat hazırlayıblar. Bu dərmanlar peyvəndin əvəzinə istifadə ediləcək.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Brisbendə yerləşən Berqhofer Tibbi Tədqiqat İnstitutundan (QIMR) bildiriblər.
COVID-19-un ağır formalarının profilaktikası və müalicəsi üçün yaradılan bu preparatlar Fransada heyvanlar üzərində laboratoriya sınaqlarından keçir. İlk nəticələr dərmanların istifadəsinin təhlükəsiz olduğunu və yalnız məhdud sayda yan təsirinin olduğunu göstərib.
Bundan əlavə, tədqiqatçılar “Nature Cell Discovery” elmi jurnalında dərc etdikləri hesabatda bildiriblər ki, yaratdıqları dərmanlar üçün xüsusi saxlama şəraitinə ehtiyac yoxdur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button