İdman

Avstriya 1/8 finala yüksəlib, Niderlanddan darmadağınla qalib gəlib

AVRO-2020-nin qrup mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün C qrupunda III turun oyunları keçirilib.
1/8 finala qrup birincisi kimi vəsiqə qazanan Niderland yığması Amsterdamda Şimali Makedoniyanı sınağa çəkib. Qrupda qaldığı rəsmiləşən balkanlılar formal xarakterli görüşdə də rəqibi ilə bacarmayıb. İlk yarıda hesabı açan niderlandlılar fasilədən sonra vurulan qollarla darmadağına nail olub. Frank de Burun yetirmələri ardıcıl 3-cü qələbə ilə qrup mərhələsini maksimum nəticə ilə başa vurub.
Qrupda ikinci yerin taleyinə Buxarestdəki qarşılaşmada aydınlıq gəlib. Hərəyə bir qələbəsi olan Ukrayna və Avstriya görüşüb. Matçın taleyini bir top həll edib. İlk yarıda qələbə qoluna imza atan avstriyalılar 1/8 finala yüksəlibsə, ukraynalılar ən yaxşı üçüncü yer sahibləri arasına düşməyə ümid edir.
Qeyd edək ki, bu gün B qrupunda da son turun matçları keçiriləcək.
AVRO-2020III tur, 21 iyunC qrupu20:00. Ukrayna – Avstriya – 0:1Qol: Kristof Baumqartner, 21Baş hakim: Cüneyt Çakır (Türkiyə) Buxarest. “Nasional” stadionu
20:00. Şimali Makedoniya – Niderland – 0:3Qollar: Memfis Depay, 24, Jorjinyo Veynaldum, 51, 58Baş hakim: İştvan Kovaç (Rumıniya)Amsterdam. “Yohan Kroyf Arena”

1

Niderland

3

3

0

0

8-2

9

2

Avstriya

3

2

0

1

4-3

6

3

Ukrayna

3

1

0

2

4-5

3

4

Ş.Makedoniya

3

0

0

3

2-8

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button