Gündəm

Avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq

Azərbaycanda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button