Cəmiyyət

AXCP fəalı, Avropa çempionu 3 il 6 ay azadlıqdan məhrum edilib

Xətai rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   

Prosesdə hökm oxunub. Hökmə əsasən Səid Məmmədzadə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Məmmədzadə Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə təqsirli bilinib. O, avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib.

Lakin S.Məmmədzadə bu ittihamları qəbul etmir, AXCP isə bunu siyasi sifariş sayır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button