İdman

“Ayaks” çempionluq kubokunu əridib

35-ci dəfə Niderland çempionu olan “Ayaks” qeyri-adi addım atıb.
Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisi çempionluq kubokunu əridib.
Bundan xüsusi suvenirlər hazırlanıb. 42 min ədəd çempionluq ulduzu komandanın azarkeşlərinə paylanılacaq.
Söhbət illik abonement alıb komandanın oyununu stadiondan izləyə bilməyən fanatlardan gedir. Bu, baş direktor Edvin van der Sarın klub rəhbərliyi adından verdiyi bəyanatda da əksini tapıb: “Bu mövsüm azarkeşlərsiz oynamalı olduq. Amma daim dəstəyinizi hiss etdik. Həm sosial şəbəkələrdə, həm şəxsi söhbətlərdə bunu gördük. Biz “bu titul sizindir” deyəndə azarkeşlərə sevgimizi nümayiş etdirirdik. Kubokla davranışımız bu sözlərin təsdiqidir. Belə ağır mövsümdən sonra azarkeşlərin qələbəmizin bir parçası olduğunu hiss etməyini istəyirik”.
Qeyd edək ki, Niderland Kral Futbol İttifaqı istisna şəklində “Ayaks”a ikinci kubok da təqdim edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button