Mədəniyyət

Aygün Attardan mədəniyyət paytaxtı olan Şuşa açıqlaması

Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Azərbaycan Türkiyə Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, dünən Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət paytaxtı elan etdiyi Şuşa haqqında “Sabah”da xüsusi bəyanatlar verib. Attar bildirib: “8 may 1992-ci ildə bağrımızdan qoparılan Şuşanın işğalının 28-ci ildönümünü bizlərə zəfər olaraq yaşadan və 7 may 2021-ci ildə imzalanmış “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı ” adlı qərarını bizə bəxş edən Ali Baş komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna eşq olsun!.” Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalından azad edilmiş və Dağlıq Qarabağın “ürəyi” adlandırılan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev bildirib ki, “Şuşada dövlət idarəçiliyinin və hüquqi tənzimlənmənin daha da təkmilləşdirilməsi nəinki şəhərdə tarixi-mədəni irsin bərpası və qorunmasına xidmət edəcək, həm də onun daimi inkişafına şərait yaradacaq. Şuşa şəhərinin tarixi simasını geri qaytarmaq, keçmiş şöhrətini bərpa etmək, onu ənənəvi zəngin mədəni həyatla yenidən birləşdirmək, habelə Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, şəhərsalma və memarlığının incisi kimi beynəlxalq aləmdə təmsil etmək üçün Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edirəm”.

Bütün bu hadisələrdən sonra Azərbaycan-Türkiyə Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar “Sabah” üçün xüsusi bəyanatlar verib.

Attar, hisslərlə dolu məqaləsində qeyd edib:

Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa… Sülaləmin ata yurdu… İbrahim xandan başlayan nəslimin məmləkəti… Ulu babam Ağamirovun sevimli oğlu Seyid Həsən ağanın, babam Əlövsət Ağanın məzarlarının yerləşdiyi şəhər… Nəciblik, xeyirxahlıq, musiqi şəhəri , Qafqazın Parisi, Azərbaycanın təbii Konservatoriyası, Milli mədəniyyətimizin misilsiz tacı 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal edilmişdi. Şuşanın işğalından sonra, anamın qardaşı kimi sevdiyi və infarktan dünyasını dəyişən əmim üçün ümidsizlik içində ağladığının şahidi olmuşdum..

 

Paşinyanın Cıdır düzündə sərxoş halda rəqs etdiyi kadralar mənə çox pis təsir etmişdi. Gün gəldi, çatdı… Qarabağdan ayaqyalın qovulan, öldürülənlərin övladları Müzəffər Ali Baş Komandanının ətrafında vahid bir ürək kimi toplaşdılar və Paşinyanın rəqs görüntülərini izləyərkən sıxılmış yumruq işğalçı ermənilərin başına “dəmir yumruq” kimi endi.

ŞUŞA; ƏZİZ ŞƏHƏR, ƏZİZ QƏSR, ƏZİZ ABİDƏ

Könlünə girməyə qalmışdır bir az

Könül fərəhlənib elədi pərvaz.

Ölməyib görəydim seyrini bir az.

Böyük şair Səməd Vurğunun şah əsəri şəklində dilə gətirdiyi kimi Şuşa – hicran, həsrət, məhəbbət, qara sevdadır…. Şuşa – mərdlik, igidlik, halallıqdır. Şuşa – şəhidlər yurdu, qazilər vətəni, qəhrəmanlar ocağıdır. Şuşa tarixi boyu həm Cənnəti, həm Cəhənnəmi tanımış, taleyin bəzən güldürdüyü, bəzən də nalə çəkdirdiyi bir məkandır. Şuşa həm Qarabağ, həm də Azərbaycandır… Şuşa Qarabağ xanlığının banisi Penahəli xanın özünə “paytaxt” etidiyi, “Pənahabad” adlandırdığı tarixi kurortdur. 18-ci əsrin ikinci yarısında Qarabağ xanı Penahəli tərəfindən Şuşa qəsrinin inşası ilə mühüm türk məskəni adını almış Şuşa köç yolları üzərində olduğu üçün bir çox fərqli mədəniyyətlərin də gəlib keçdiyi bir yer olub..

“Şuşa”deyib keçmək olmaz. Neçə-neçə minillikləri öz qəlbində toplanmış, nə qədər mədəniyyətlərə ev sahibi olmuş, onlara nəfəs vermiş bir yerdir Şuşa. Sakları, hunları, Şərqi romalıları, xəzərləri, Səlcuqlari, Monqollar və Teymur İmperiyası da daxil olmaqla bir çox mədəniyyətləri sinəsində qonaq edib. Daha sonra isə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Osmanlı dövlətlərinin hakimiyyət dövrləri nəticəsində Türkiyə-İslam üstünlüklü milli mədəniyyət təşkil olub. Bu şəhər, həmçinin, ermənilərin “Türksüz Ermənistan” ideyasını həyata keçirmək üçün əldə etməyi arzuladıqları strateji bir yer, “Qarabağın Qüdsü “adlandırılaraq qəsb etmək istədikləri bir bölgədir.

 

 

Bu mənada Birinci Dünya Müharibəsindən sonra və bu günümüzə qədər ermənilər tərəfindən üç üsula əl atılıb.

Birincisi, Şuşaya hücumları ilə Azərbaycanın yerli əhalisini sıxışdırıb coğrafi təmizləmə aparmaq.

İkincisi, zorakılıq, hədə-qorxu, köşməyə məcburetmə kimi üsullar işləmirsə, hücumlar, kütləvi qətllər və hər cür təxribatlarla bölgədə yaşayan azərbaycan türklərinə qarşı etnik təmizləmə tətbiq edilməsi.

Üçüncüsü, yandırıb-dağıtdıları evlərin, evlərin, ibadət məskənlərinin, təhsil müəssisələrinin, tarixi və mədəni abidələrin izlərini məhv edərək, son nəticədə burada türklərin deyil, ermənilərin yaşadığını təbliğ etmək.

Allah şahiddir, tarix şahididir, məzar daşları, minillik abidələr şahididir, şəhidlərin qanları ilə suvarılıb böyümüş otlar, çiçəklər, ağaclar şahiddir ki, bu qədim torpaqlar türkdən savayı kimsəyə nə yar, nə də yurd olmayıb. Buna görə də şair S. Vurğun söyləyir ki:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Şuşa bir mədəniyyət və turizm şəhəridir, təkcə Şuşada yaşayan xalq üçün yox, bütün azərbaycanlılar üçün, mərhum prezident Heydər Əliyevin sözləri ilə desək, “əziz şəhər, əziz qəsrdir, əziz abidədir.”

Azərbaycanlı şairə və “xan qızı” Xurşudbanu Natəvan (1830-1897), Azərbaycan bəstəkarı və musiqiçisi Uzeyir Hacıbəyli (1885-1948), əvvəlcə, Sovet işğalına qədər Azərbaycan parlamentində, sonra isə Türkiyə Respublikasında jurnalist və siyasi fəaliyyətini davam etdirən deputat Əhməd Ağaoğlu, Şuşada doğulan tanınmış simalardır.

Azərbaycanın Qarabağ bölgəsi, xüsusən Şuşa şəhəri musiqi fəaliyyəti mərkəzi hesab olunmuş, Azərbaycanın əsas musiqi xadimlərinin əksəriyyəti Qarabağda yetişmişdir. Deyirlər ki, Şuşa Azərbaycanın sənət və sənətçilər fabrikidir. Azərbaycanda ilk dəfə teatr, şeir və konsertlərə ev sahibliyi etdiyi üçün olaraq onu “Şərqin konservatoriyası, Avropanın İtaliyası, Azərbaycan musiqisinin beşiyi” adlandırırlar.

Polad Bülbüloğlunun atası Murtaza Məmmədov, Üzeyir Hacıbəyli, Seyid Əhməd Qarabaği, Rəşid Behbudov kimi məşhur Azərbaycan musiqiçilərinin vətənidir. Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Əbdürrəhim Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi tanınmış yazıçı və mütəfəkkirlər də tarixə Şuşada tərbiyə almış sənətkarlar kimi daxil olublar.

Şuşadakı memarlıq abidələri Azərbaycanın çoxəsrlik tarixini, mədəniyyətini, ənənələrini nümayiş etdirir. Burada Yuxarı Gövhər Ağa Məscidi və Şuşanın ən məşhur məscidlərindən olan Aşağı Gövhər ağa məscidi yerləşir. Şuşa beynəlxalq ticarət mərkəzlərindən biridir. Bu səbəbdən burada Qəhrəman Mirsiyab Ağa Karvansarayı kimi bir çox karvansaralar yerləşir.

Belə qədim tarixi xüsusiyyətləri olan Şuşanın otuz illik erməni işğalından xilası, Ermənistanın sərsəmliyi, sevincimizin qaytarılması, şəhidlərimizin və qazilərimizin bizə haqqlarının halal etməsidir. Torpaqlarından didərgin salınmışların öz yurdlarına geri dönməsidir. Azərbaycan Prezidenti Ali Baş komandir İlham Əliyevin söylədiyi “Bu gün, 8 noyabr 2020-ci il tarixində Azərbaycan bayrağı Şuşada dalğalanır. 28 il sonra Şuşada Azan səsi eşidiləcək ” sözləri müharibənin gedişini, ordunun qələbəsini elan etmişdir.

8 may 1992-ci ildə bağrımızdan qoparılan Şuşanın işğalının 28-ci ildönümünü bizlərə zəfər olaraq yaşadan və 7 may 2021-ci ildə imzalanmış “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı ” adlı qərarını bizə bəxş edən Ali Baş komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna eşq olsun! Prezidentimiz Ərdoğanın Şuşaya gözlənilən səfəri ərəfəsində Qarabağ qələbəsinin tacı olan gözəl Şuşanın əsrlər boyu davam edən mədəniyyət paytaxtı statusunun rəsmən təsdiqi təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də çox mühüm tarixi qərardır.

Şuşada TÜRKSOY və Türk Keneşinin ofislərinin və Türkiyənin Baş konsulluğunun açılması vacibdir.

Mədəniyyət evimizi açmaq üçün artıq Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu olaraq Şuşada Mədəniyyət Evimizin açılması üçün işlərə başladıq. Hər il dünyanın başımıza yıxıldığı 8 May gününü, bu gün belə sevincli yaşadığımız üçün şükürlər olsun.

Gözümüz aydın, yolumuz açıq olsun!

Qeyd: Bunu söyləməsəm olmaz: “Şuşada parlament binası tikirdin, nooldu, Paşinyan?”

NƏ OLMUŞDU?

Qarabağın incisi adlandırılan Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuşdu. Noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğalçı Ermənistandan azad etdi. Prezident Əliyev Ermənistanın işğalından xilas etmiş Şuşanı – Qarabağın mirvarisini, incisini Azərbaycanın mədəniyyət paytaxtı elan elədi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button