İqtisadiyyat

AYİB Azərbaycandakı layihələr üzrə kredit portfelini açıqlayıb

2021-ci ilin birinci rübündə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,2 milyard avrodan çox olub.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

Qeyd olunur ki, kredit portfeli 35 proqramın reallaşdırılması üçün nəzərdə tutulub.

Kredit portfelinin 78 faizi və ya 939 milyon avro dayanıqlı infrastruktura investisiyalara, 20 faizi və ya 240 milyon avro sənaye, ticarət və aqrar sektora investisiyalara, 2 faizi və ya 21 milyon avro maliyyə təşkilatlarına investisiyalara yönəlib.

 

Ötən il AYİB Azərbaycanda 6 layihənin reallaşdırılması üçün 17 milyon avro kredit ayırıb, son dörd ildə bu göstərici 34 layihə üzrə 857 milyon avro təşkil edib.

Ümumilikdə, 1992-ci ildən bu günıdık AYİB Azərbaycanda 175 layihə üzrə 3,2 milyard avroya yaxın investisiya qoyub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button