İqtisadiyyat

“AYİB-in sənədi yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır”

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 30-cu illik toplantısında pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı barədə müzakirələr aparıb.
“APA-Economics” xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
O qeyd edib ki, AYİB-in “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində müəyyən edilən məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir.
“Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır”, – nazir əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button