İqtisadiyyat

AYİB Rusiyada investisiyaları bərpa etmək niyyətində deyil

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiyada investisiyaları bərpa etmək niyyətində deyil və bunun yaxın illərdə baş verəcəyini gözləmək üçün heç bir səbəb yoxdur.
“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu AYİB-in Prezidenti Odil Reno-Basso (Odile Renault-Basso) deyib.
“2014-cü ildən bəri səhmdarlarımız Rusiyadakı layihələrin maliyyələşdirilməsinə dair mövqelərini dəyişdirməyib. O zaman onlar dəqiq bir mövqe tutdular, bu da Rusiyada yeni layihələrin maliyyələşdirilməsinin olmaması idi. Bu, daimi bir mövqedir və bunun yaxın illərdə dəyişəcəyinə heç bir əsas yoxdur”, – deyə Reno-Basso bildirib.
Qeyd edək ki, Rusiya 1992-ci ildən AYİB-in üzvüdür, ölkənin bankdakı payı 4,1% təşkil edir. 2014-cü ildə Avropa İttifaqı və ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra, AYİB Rusiyada layihələrinə investisiya qoyuluşunu dayandırıb. Rusiya Maliyyə Nazirliyi əvvəllər AYİB-in Rusiyaya qarşı siyasəti dəyişməzsə, bankın ölkədəki portfelinin həcminin orta müddətdə sıfıra endirilə biləcəyini bildirmişdi.
1991-ci ildə təsis edilən AYİB Avropa, Mərkəzi Asiya və Cənubi və Şərqi Aralıq dənizi regionlarına investisiya yatırır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button