İqtisadiyyat

Azərbaycan əhalisi apreldə nağd rubl alışını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi banklardan 672,784 mln. Rusiya rublu alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,3% azdır.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə aprel ayında isə əhali 187,534 mln. rubl alıb ki, bu da mart ayı ilə müqayisədə 2,7% çoxdur.
Bundan əlavə, cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 4,582 mlrd. rubl təşkil edib, bu da illik ifadədə 15,2% çoxdur. Təkcə apreldə əhali banklara 1,265 mlrd. rubl satıb ki, aylıq müsbət dinamika 2,5% təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button