İqtisadiyyat

Azərbaycan əhalisi iyunda əczaçılıq məhsullarına 80 mln. manat xərcləyib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 433,9 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35,7% artıb. 
Cari ilin iyun ayında satışların həcmi 80 mln. manat təşkil edib ki, bu da may ayı ilə müqayisədə 14% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub, bu da illik müqayisədə 0,5 faiz bəndi çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button