İqtisadiyyat

Azərbaycan əhalisi ötən ay ərzaq məhsullarının alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 7 537,6 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,4% artıb.
Təkcə may ayında əhali ərzaq məhsullarına 1,647 mlrd. manat xərcləyib ki, bu da aprel ayı ilə müqayisədə 30,5% çoxdur.
Qeyd edək ki, aprel ayında əhalinin ərzaq məhsullarına xərcləri 1,262 mlrd. manat təşkil edib, bu da 11 aylıq minimum kimi qeydə alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button