İqtisadiyyat

Azərbaycan əhalisinin əczaçılıq məhsullarına xərcləri mayda artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 353,9 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,4% artıb. Cari ilin may ayında satışların həcmi 70,2 mln. manat təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 3,9% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub, bu da aylıq müqayisədə 0,1 faiz bəndi azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button