İqtisadiyyat

Azərbaycan ənənəvi kənd təsərrüfatı yarmarkalarını bərpa edir

Azərbaycanda ənənəvi kənd təsərrüfatı yarmarkaları yenidən bərpa olunacaq.
Bunu “APA-Economics”ə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazirin sözlərinə görə, əsas məhdudlaşdırıcı amil pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərdir. Məhdudiyyətlər daha az tətbiq edildiyi təqdirdə yarmarkalar təşkil olunacaq.
“Əlbəttə, təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə yarmarkalar, təkcə bal yarmarkası yox, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək”, – nazir qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button