İqtisadiyyat

Azərbaycan ət və süd idxalını azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 31 883,61 min dollar dəyərində 18 308,27 ton ət idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 30,6%, həcm göstəricisi üzrə isə 28,7% azdır.
Cari ilin ilk altı ayında ölkəyə 5 807,37 min dollar dəyərində (-38,9%) 3 892,10 ton (-29,1%) süd idxal olunub.
Bununla yanaşı, ölkəyə həmçinin 39 980,67 min dollar dəyərində 8 175,30 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8,3% və 6,9% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button