İqtisadiyyat

Azərbaycan 2021-2023-cü illərdə əmtəəlik qaz hasilatını artıracaq

2021-ci ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 32,7 mlrd. kubmetr təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 25,5% çoxdur.
“Fitch Ratings”dən “APA-Ecocomics”ə verilən məlumata görə, agentlik 2022-ci ildə bu göstəricinin bir qədər də artaraq 34 mlrd. kubmetr təşkil edəcəyini gözləyir. Uzunmüddətli proqnozlara görə, 2023-cü ildə ölkədə əmtəəlik qaz istehsalı cüzi səngiyərək 33,9 mlrd. kubmetrə enəcək.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 36,713 mlrd. kubmetr təbii qaz hasil edib və bu həcmin 26,065 mlrd. kubmetri əmtəəlik qaz olub. 2019-cu ildə hasil olunmuş əmtəəlik qazın həcmi isə 24,526 mlrd. kubmetrə bərabər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button