Dünya

Azərbaycan 220-dən çox rusiyalını vətəninə yola salıb

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.
Onun sözlərinə görə, bu gün 228 Rusiya vətəndaşı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüblər.
“Ölkəyə qayıdanların hərarəti ölçülüb və onlar barəsində bütün lazımi prosedurlar yerinə yetirilib. Yalnız 15 nəfər Dağıstan sakinidir, onlar bölgədə qaldılar. Digələri Rusiyanın müxtəlif regionlarının sakinidir”,- deyə Müslümov əlavə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button