İqtisadiyyat

Azərbaycan alüminium ixracından gəlirlərini kəskin artırıb

Bu ilin birinci yarısında Azərbaycan 60 957,7 min ABŞ dolları dəyərində 25 852,13 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 49%, həcmi isə 12% artıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,24% təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button