Gündəm

Azərbaycan ‘Anatolian Phoenix’ təlimində

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak edəcək.

Söhbət mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimindən gedir.

Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

“Anatolian Phoenix” beynəlxalq təlimi bundan əvvəl də Türkiyənin Konya şəhərində keçirilib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button