İqtisadiyyat

Azərbaycan Avrasiyada qaz hasilatının artımına töhfə verəcək

Avrasiyada qaz istehsalı artımının əsas drayverlərindən biri qismində Azərbaycan çıxış edəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.
Qeyd olunub ki, 2024-cü ildə Avrasiya üzrə qaz hasilatı 1 033 mlrd. kubmetr təşkil edəcək. Bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 17% çoxdur.
Proqnoza əsasən, artım əsasən Rusiyanın hesabına baş verəcək, belə ki, 2024-cü ildə bu ölkə üzrə qaz hasilatı 814 mlrd. kubmetr olacaq, bu da 2020-ci illə müqayisədə təxminən 18% çoxdur.
Hesabatda həmçinin qeyd olunub ki, ixracın artımı fonunda (Trans-Anadolu və Trans-Adriatik kəmərlərinin buraxılış güclərinin artımı ilə) hasilatın çoxalması ilə Azərbaycan  Avrasiyada “mavi yanacaq” istehsalının artması prosesinə töhfə verən ikinci iştirakçı ölkə kimi çıxış edəcək.
Trans-Anadolu (TANAP) və Trans-Adriatık (TAP) qaz kəmərləri Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsidirlər. Hazırda dəhlizin illik buraxılış gücü 16 mlrd. kubmetrdir. Dəhlizin buraxılış gücü iki artırıla bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button