İqtisadiyyat

Azərbaycan banklarının idarəetməsində ciddi çatışmazlıqlar var

“S&P Global Ratings” (“S&P”) agentliyinin araşdırmasına görə, son 10 il ərzində MDB regionunun ölkələrinin (MDB) banklarının ümumi idarəetməsində ciddi və mütəmadi çatışmazlıqlar baş verib.
“APA-Economics”in “S&P”yə istinadən verdiyi məlumata görə, ən əhəmiyyətli çatışmazlıqlar Rusiya, Qazaxıstan, Azərbaycan və Ukrayna banklarının korporativ və risklərin idarəetməsində baş verib ki, bu da öz növbəsində sözügedən ölkələrdəki bankların reytinqlərinə mənfi təsir edib.
Agentlik qeyd edir ki, idarəetmə bankların kredit reytinqlərinin dəyərləndirilməsində əsas amillərdən biridir. “S&P”yə görə, bankların artıq Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun olaraq mütəmadi maliyyə hesabatlarını dərc etdiklərinə baxmayaraq, aralıq dövrlər üçün vaxtında və tutarlı IFRS hesabatlarının alınması hələ də çətindir.
Bundan əlavə, agentliyin analitiklərinin fikrincə, regionda bağlanan və ya bağlanmağa yaxın olan bankların (Azərbaycanda 2020-ci ildə dörd bank bağlanıb – “Amrahbank”, “NBC Bank”, “AtaBank” və “AGBank” – red.) vəziyyəti bankların xarici auditinin keyfiyyəti və bu hesabatların etibarlılığı şübhə doğurub.
Analitiklər qeyd edir ki, yalnız Gürcüstanın bank sektoru regiondakı ölkələrdən seçilir. Bunun səbəbi kimi, Gürcüstan banklarının əksəriyyətinin və ölkənin ən böyük bankı sayılan “Bank of Georgia” və “TBC Bank”ın (hər iki bank London Fond Birjasının iştirakçısıdır) xarici investorlara məxsus olması və beləliklə, məlumatların açıqlanmasında və korporativ idarəetmədə daha yüksək standartların olması göstərilir.
Xatırladaq ki, “S&P” hazırda üç Azərbaycan bankının reytinqini qiymətləndirir.
“APA-Economics” agentliyin sözügedən banklara verdiyi əsas reytinq və proqnozları təqdim edir.

 
 
Banklar

“S&P Global Ratings”

Emitentin defolt reytinqi

Yerli valyuta

Xarici valyuta

Uzunmüddətli

Qısamüddətli

Uzunmüddətli

Qısamüddətli

Kapital Bank

BB- (stabil)

B

BB- (stabil)

B

PASHA Bank

B+ (stabil)

B

B+ (stabil)

B

Muganbank

CCC+ (stabil)

C

CCC+ (stabil)

C

Qeyd: Mötərizədə reytinq üzrə proqnoz göstərilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button