İqtisadiyyat

Azərbaycan banklarının kredit faizləri orta dərəcədə azalıb

Pul siyasətində dəyişiklərə baxmayaraq, Azərbaycan banklarının kredit faizləri yalnız orta dərəcədə azalıb və nisbətən yüksəkdir.
“APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanat deyilir. 
Bununla birlikdə fond bildirir ki, manatın ABŞ dollarına sərt bağlılığı fonunda, faiz dərəcələrinin azalması və prudensial tənzimlənmənin asanlaşdırılması pandemiya dövründə maliyyə relyefini faydalı şəkildə tamamladı və kredit axını davam etdi.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bildirmişdi ki, kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button