İqtisadiyyat

Azərbaycan biznes riskləri reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan korporativ sektorda ödəməmə qabiliyyəti və iflas ehtimalını əks etdirən biznes riskləri reytinqində mövqeyini C qiymətindən (yüksək risk) B-yə (əhəmiyyətli risk) yüksəldib.
“APA-Economics”in məlumatına görə, bu barədə sığorta və ticarət riskinin idarə olunması sahəsində ixtisaslaşmış “Coface” beynəlxalq qrupunun icmalında deyilir.
Bundan başqa, Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Konqo Respublikası, Meksika, Qvineya, Ekvador, Kanada, Botsvana və Avstraliyanın da reytinqləri yüksəldilib.
“Coface” ölkə iqtisadiyyatının 13 strateji sahəsini qiymətləndirərək reytinqlər verir.
Bundan öncə, “Coface” 2020-ci ilin qlobal böhranına baxmayaraq iflasa uğramış şirkətlərin sayının əksər dünya bölgələrində azaldığını bildirmişdi. Qlobal olaraq iflas edənlərin sayı 12% azalıb. Şirkət analitikləri bu dinamikanı biznesə dövlət dəstəyi tədbirləri ilə izah edirlər, bunun sayəsində bir çox şirkət son bir ildə fəaliyyətini davam etdirə bilib. Dövlət dəstəyi olmasa idi iflasa uğrayanların sayı 36% artacaqdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button