İdman

Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır

Bu gün İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. 
Apasport.az saytının məlumatına görə, 41 ölkənin qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri bəlli olub. 
Püşkün nəticəsinə əsasən boksçularımızdan 4-ü çempionata 1/16 finaldan başlayacaq. Onlar debüt görüşlərinə bu gün çıxacaqlar. 1/8 finalda mübarizəyə qoşulacaq digər 3 idmançımız isə rinqə iyunun 19-da çıxacaqlar. 
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq. 
17 iyun1/16 finalCəlal Qurbanov (60 kq) – İstvan Bundovçs (Macarıstan)Ruslan Rüstəmov (64 kq) – Uça Jorjoliani (Gürcüstan)Sərxan Əliyev (69 kq) – Patriot Behrami (Kosovo)Mirəşrəf Kazımzadə (75 kq) – Arşak Yelizbaryan (Gürcüstan)
19 iyun1/8 finalƏli Zamanov (52 kq) – Martin Virban (Macarıstan)/Axtem Zakirov (Rusiya)Maqsud Xasmetov (56 kq) – Yuri Tomyuk (Ukrayna)Murad Allahverdiyev (81 kq) – Kristian Kosyani (Sloveniya)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button