İdman

Azərbaycan boksçuları Avropa Olimpiya Təsnifat Turnirinə yollanıb

Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı başa vurub. 
Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığma artıq yarışın keçiriləcəyi Fransaya yollanıb. 
İyunun 4-8-də Parisdə təşkil olunacaq turnirdə 2 qadın idmançımız qüvvəsini sınayacaq. Tokio Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaq. 
Həmçinin ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandamız da Təsnifat Turnirinin baş tutacağı ölkəyə gedib. 
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq) 1/4 finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıbsa, Cavid Çələbiyevlə (63 kq) Lorenzo Sotomayor (69 kq) turnirdə çıxışını 1/8 finaldan davam etdirəcək. Onlardan fərqli, Alfonso Dominqeslə (91 kq) Məhəmməd Abdullayev (+91 kq), həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxmadan Londondan ayrılmışdılar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button