İdman

Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb. 
Apasport.az saytının məlumatına görə, +91 kq çəki dərəcəsində yarışan idmançı Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünə çıxıb.
Milli üzvü Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan görüş 5:0 (30:27, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə Abdullayevin xeyrinə bitib.
O, 1/4 finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button