İqtisadiyyat

Azərbaycan bölgələrində iqtisadi zonaların təşkilində beynəlxalq təcrübə nəzərə alınacaq

Ağdam Sənaye Parkına müraciətlər əsasında 12 potensial rezident seçilib.
APA-nın məlumatına görə, bu barədə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun bu gün keçirilən iclasında qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılıb. Hazırda müraciətlər əsasında 12 potensial rezident seçilib. Sənaye parklarına dair uğurlu xarici ölkə təcrübələri müzakirə edilib və bölgələrdə iqtisadi zonaların fəaliyyətinin təşkilində beynəlxalq təcrübənin nəzərə alınması qeyd olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button