İqtisadiyyat

Azərbaycan bu il Aİ-yə 290 mln. dollarlıq qaz ixrac edib

Bu ilin yanvar-may aylarında Azərbaycan Avropa İttifaqına (Aİ) 288,592 mln. ABŞ dolları dəyərində 1,372 mlrd. kubmetr təbii qaz ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu il Azərbaycan Aİ-nin üç ölkəsinə – İtaliya, Yunanıstan və Bolqarıstana təbii qaz nəql edib. Ötən il Aİ ölkələrindən yalnız Yunanıstana qaz ixracı həyata keçirilib.
Qeyd edək ki, bu ilin ilk beş ayında Azərbaycan İtaliyaya 243,643 mln. dollarlıq 1,153 mlrd. kubmetr, Yunanıstana 32,775 mln. dollarlıq 127,819 mln. kubmetr, Bolqarıstana isə 12,174 mln. dollarlıq 91,999 mln. kubmetr təbii qaz ixrac edib.
Ötən ilin eyni dövründə bu ölkələrdən yalnız Yunanıstana təbii qaz ixracını həyata keçirən Azərbaycan bu il sözügedən ölkəyə qaz ixracını 12,3 dəfə artırıb.
Xatırladaq ki, cari ilin yanvar-may aylarında Azərbaycan ümumilikdə 1,336 mlrd. dollar dəyərində 9,175 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə həcm ifadəsində 68%, dəyər ifadəsində isə 28,6% çoxdur. İxrac olunan qazın 15%-i Aİ-nin payına düşüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button