İqtisadiyyat

Azərbaycan bu il Altay diyarından ən çox yarma idxal edən ölkələrdən olub

Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyanın Altay diyarından ən çox yarma və dənli lopa idxal edən ölkələr sırasına daxil olub.
“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, hesabat dövründə Altay taxıl emalı sənayesinin ixrac həcmi 2020-ci ilin eyni dövrünə nisbətən 1,2 dəfə artaraq 30,8 min tona çatıb.
Dəyər ifadəsində tədarük 18,4 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Altay taxıl emalı sənayesinin məhsulları 22 ölkəyə ixrac olunub. Ən böyük alıcılar sırasında Özbəkistan, Monqolustan, Qazaxıstan və Azərbaycan yer alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button