İqtisadiyyat

Azərbaycan bu il Özbəkistan kondisionerlərinin əsas idxalçısı olub

Özbəkistan bu ilin yanvar-may aylarına kondisioner idxalını kəskin artıraraq 3,6 mln. ABŞ dollarına çatdırıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 mln. dollar və ya 3,3 dəfə çoxdur.
“APA-Economics”in Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu il Özbəkistandan kondisioner idxal edən əsas ölkə Azərbaycan olub. Belə ki, hesabat dövründə Özbəkistandan Azərbaycana 2,4 mln. dollarlıq kondisionerlər tədarük olunub.
Ümumiyyətlə, Özbəkistan cari il ərzində kondisioner ixracını əsasən səkkiz ölkəyə həyata keçirib – Rusiya (315,9 min dollar), Türkmənistan (304,4 min dollar), Tacikistan (223,8 min dollar), Qazaxıstan (159,9 min dollar), Qırğızıstan (59,6 min dollar), Moldova (38,8 min dollar) və Yəmən (18,3 min dollar).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button