İqtisadiyyat

Azərbaycan cəlb etdiyi kreditlərin 1/3-ni bağlayıb

Bu ilin yanvarın 1-nə Azərbaycanın kredit sazişləri ilə cəlb olunması nəzərdə tutulan vəsaitinin həcmi 12,478 mlrd. ABŞ dolları təşkil edib. Sözügedən tarixə kreditlərin 11,833 mlrd. dolları artıq istifadə olunub.
“APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.
Qeyd edilir ki, kreditlər üzrə borcun artıq 29,9%-i (3,732 mlrd. dollar) qaytarılıb. Təkcə 2020-ci ildə ölkə tərəfindən kredit sazişləri üzrə 642,3 mln. dollarlıq borc ödənişi həyata keçirilib.
Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 8,822 mlrd. ABŞ dolları və ya ÜDM-in 20,7%-ni təşkil edib. Ümumi dövlət borcu isə (xarici dövlət borcu və daxili dövlət borcu) 16 938,8 mln. manat və ya ÜDM-in 23,4%-ni təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button