İqtisadiyyat

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını kəskin artırıb

Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 072,4 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qazın nəqlinin 49%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 8 368,5 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-lik artım).
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button