İdman

Azərbaycan çempionu avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Neftçi” avrokubokların pley-offuna vəsiqəni təmin edib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu buna Çempionlar Liqasının I təsnifat mərhələsini adlamaqla nail olub.
Azərbaycan çempionu Gürcüstan “Dinamo”sunu (Tbilisi) iki oyunun (4:2) nəticəsinə əsasən üstələyib. Bu, Samir Abasovun yetirmələrinin cari mövsüm avrokuboklarda ən azı daha 6 oyun keçirəcəyi deməkdir. Yəni “Neftçi” üç qitəmiqyaslı turnirdən birinin pley-offunda oynayacaq.
“Dinamo”nu keçən “ağ-qaralar” II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə görüşəcək. Qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün bakılılar həm Ellada təmsilçisini, həm də III təsnifat mərhələsindəki rəqibini keçməlidir.
“Neftçi” “Olimpiakos” səddini keçsə və III təsnifat mərhələsində uduzsa, Avropa Liqasının pley-offuna düşəcək.
Abasovun yetirmələri Pirey təmsilçisinə uduzsa, Avropa Liqasının III təsnifat mərhələsinə yollanacaq. Buradakı qələbə komandanı ikinci dərəcəli turnirdə pley-offa daşıyacaq.
“Neftçi” Konfrans Liqasının pley-offuna düşmək üçün yalnız uğursuzluqları sıralamalıdır. Paytaxt təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”a, ardınca Avropa Liqasının III təsnifat mərhələsində də qarşılaşacağı komandaya məğlubiyyət “Neftçi”ni yeni turnirin pley-offuna aparacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button