İdman

Azərbaycan çempionunun Çempionlar Liqasında 20 potensial rəqibi bəlli olub

Çempionlar Liqasının I təsnifat mərhələsində iştirak edəcək daha iki klub bəlli olub.
Apasport.az saytının məlumatına görə, Xorvatiya “Dinamo”su ilə Bolqarıstan “Lüdoqorets”inin püşkatmada səpələnmişlərdən olacağı da dəqiqləşib.
Bununla da yarışa I təsnifat mərhələsindən başlayacağı dəqiqləşən komandaların sayı 19-a çatıb. Daha bir klub ilkin mərhələdən başlayacaq.
Bu 20 iştirakçı Azərbaycan çempionu – “Qarabağ” və ya “Neftçi” üçün potensial rəqib sayılır. Düzdür, onlardan bəziləri səbətlərə görə ilk raundda rəqib olmaya bilər. Amma istənilən halda növbəti mərhələlərdə qarşılaşmaq mümkündür.
İlkin mərhələQeyri-müəyyən“HB Torshavn” (Farer adaları)
I təsnifat mərhələsiSəpələnmişlər“Dinamo” (Xorvatiya)“Olimpiakos” (Yunanıstan)“Srvena Zvezda” (Serbiya)“Lüdoqorets”  (Bolqarıstan)“Malmö” (İsveç)“Legiya” (Polşa)“Ferensvaroş” (Macarıstan)“Şkendiya” (Şimali Makedoniya)
Qeyri-müəyyənlər“Dinamo” (Tbilisi, Gürcüstan)“Jalgiris” (Vilnüs, Litva)“Flora” (Estoniya)“Buduçnost” (Monteneqro)“Kayrat” (Qazaxıstan)HİK (Finlandiya)“Riqa” (Latviya)“Şaxtyor” (Belarus)
Səpələnməmişlər“Şemrok Rovers” (İrlandiya)“Valyur” (İslandiya)“Bodo Qlimt” (Norveç)“Hamrun” (Malta)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button