İdman

Azərbaycan cüdoçuları Avropa kubokunun ilk günündə 4 medal qazanıb

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib. 
Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.
Oğlanların mübarizəsində Xəyal Həsənov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. 
60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Aydın Rzayev yalnız final görüşündə uduzaraq gümüş medal əldə edib. Qızların yarışında Aydan Rzayeva millimizə gümüş medal qazandırıb. 
Beləliklə milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. 
Qeyd edək ki, yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button