İdman

Azərbaycan cüdoçularının “Böyük dəbilqə”də ilk rəqibləri bəlli olub

Rusiyanın Kazan şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, sabah start götürəcək yarışda iştirak edəcək Azərbaycan cüdoçularının da rəqibləri bəlli olub.

Mayın 7-dək davam edəcək yarışda 10 idmançımız tatamı üzərinə çıxacaq. Onlardan yeddisi kişi, üçü qadın cüdoçudur.

Kişilər

60 kq, 1/16 final
Davud Məmmədsoy – Albert Oğuzov (Rusiya)

66 kq, 1/32 final
Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)

73 kq, 1/32 final
Nurlan Osmanov – Georgios Azoidis (Yunanıstan)
1/16 final
Rəşad Məmmədəliyev – Antoni Zinqq (Almaniya)-Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi

81 kq, 1/32 final
Hidayət Heydərov – Asad Masabirov (Qırğızıstan)
1/16 final
Murad Fətiyev – Terens Kuamba (Qabon)

+100 kq, 1/16 final
Camal Feyziyev – Marius Fizel (Slovakiya)

Qadınlar

48 kq, 1/16 final
Leyla Əliyeva – Melani Vieu (Fransa)
Aişə Qurbanlı – Katarina Mens (Almaniya)

52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Lus Olveyra (Meksika)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button