İqtisadiyyat

Azərbaycan Çuvaşiyadan pivə xammalı idxal edən ölkələrin ilk üçlüyünə daxil olub

Azərbaycan Rusiyanın Çuvaşiya Respublikasından pivə istehsalı üçün zəruri xammal sayılan – mayaotu idxal edən ölkələrin ilk üçlüyünə daxil olub.
“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çuvaşiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, cari ildə mayaotu ixracının dəyəri 16 dəfə artıb. Yanvar-may aylarında bölgədən 12,2 ton mayaotu ixrac olunub ki, bu da 2020-ci ilin ümumi ixracının 70%-ni təşkil edir.
Xammal əsasən Qırğızıstana, Azərbaycana və Qazaxıstana ixrac olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button