Cəmiyyət

“Azərbaycan Dəmir Yolları”na məxsus elektrovoz yanıb

Siyəzən rayonunun Zarat kəndində “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərrik hissəsində 25 p.m elektrik kabeli yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button