İqtisadiyyat

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Bu ilin birinci yarısında Azərbaycanda 12 373,1 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 2,7% çoxdur.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-iyun aylarında 11 986,1 mln. kVt-saat təşkil edib (artım 2,9%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 11 159,1 mln. kVt-saat istilik (artım 2,3%), 755,5 mln. kVt-saat su elektrik (artım 13,5%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button