İqtisadiyyat

Azərbaycan “Expo 2020 Dubai” sərgisində milli pavilyonla təmsil olunacaq

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək “Expo 2020 Dubai” beynəlxalq sərgisində milli pavilyonla təmsil olunacaq.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan pavilyonu “Gələcək üçün toxumlar” mövzusunda təbii elementdən (ağac və yarpaq) təşkil olunacaq. Sərgi bu ilin 1 oktyabr tarixində start götürəcək və 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.
Sərgini müxtəlif təşkilatlar, təhsil müəssisələri və şirkətlərin nümayəndələri daxil olmaqla 200-dən çox iştirakçı və milyonlarla insan ziyarət edəcək.
“Sərgi BƏƏ və Azərbaycan arasında ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni fürsətlər yaradacaq”, – səfirlikdən bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button