Redaktorun seçimi

Azərbaycan güləşçisi Rusiyada beynəlxalq turnirin finalında ermənini məğlub edib

Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində Azərbaycan millisi 2 medal qazanıb.

Güləş Federasiyasından apasport.az saytına verilən məlumatına görə, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışda Cəbrayıl Hacıyev (70 kq) birinci, Sabir Cəfərov (65 kq) ikinci yeri tutub.

Hacıyev final görüşündə Rusiyanı təmsil edən erməni əsilli Arsen Balayana qalib gəlməklə, qızıl medala yiyələnib. Ev sahibi Danil Xarçilava ilə qarşılaşan Cəfərov isə 0:5 hesabı ilə uduzaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Beləliklə, 3 güləşçiylə xatirə turnirinə qatılan komandamız yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button