İqtisadiyyat

Azərbaycan hidrogen enerjisi üzrə Britaniya təcrübəsini öyrənir

Mayın 5-də Azərbaycan Energetika Nazirliyi ilə Böyük Britaniyanın KBR şirkəti arasında onlayn formatda seminar keçirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyi ilə Energetika Nazirliyi arasında energetika, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi sahəsində məlumat və təcrübə mübadiləsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Məlumata görə, seminarda KBR şirkətinin ekspertləri tərəfindən Enerji keçidi prosesində “yaşıl hidrogen”in rolu adlı təqdimat nümayiş etdirilib, hidrogen enerjisindən istifadə sahəsində Britaniya təcrübəsi haqqında məlumat verilib. Hidrogen texnologiyaları, istehsal prosesindən asılı olaraq hidrogenin növləri, “yaşıl hidrogen” istehsalı üçün elektroliz qurğuları, hidrogen əsaslı iqtisadiyyatın aparıcı qüvvələri, “yaşıl hidrogen” bazarı kimi mövzulara dair nəzəri və texniki məlumatlar diqqətə çatdırılıb. Hidrogenin ixrac məqsədləri üçün istehsalı, dünyada “yaşıl hidrogen”dən istifadənin genişləndirilməsi üçün 2030-2050-ci illər üzrə gələcək hədəflərlə bağlı təhlillər təqdim edilib.
Seminar Azərbaycanda gələcəkdə hidrogen enerjisindən istifadə sahəsində layihələrin həyata keçirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi ilə davam edib, sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button