İqtisadiyyat

Azərbaycan I rübdə Gürcüstandan 6,2 mln. dollardan çox sərmayəni geri çəkib

Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların 6 239,9 min ABŞ dollarını bu ilin I rübündə geri çəkib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.
Sənədə əsasən, bu ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu 125 423,9 min dollar təşkil edib ki, bu da illik müqayisədə 28,3% azdır.
Hesabat dövründə Gürcüstandan ən böyük məbləğdə investisiyanı geri çəkən ölkələr ABŞ (59 823,8 mi dollar), Qırğızıstan (24 303,2 min dollar) və Malta (12 032,8 min dollar) olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button