İqtisadiyyat

Azərbaycan IFC ilə əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation – IFC) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vibke Şlömerlə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir ölkədə maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa önəm verildiyini, qurumun maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. 
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi ilə birgə reallaşdırılan “Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi” layihəsi uğurla başa çatıb. “Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik” və digər layihələrin icrası isə davam etdirilir. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqaməti üzrə IFC ilə tərəfdaşlığın gücləndirilməsi imkanları diqqətə çatdırılıb.
Vibke Şlömer Azərbaycan hökuməti ilə IFC arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər barədə məlumat verib, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
IFC-nin Qafqaz üzrə yeni regional meneceri İvana Duartenin də iştirak etdiyi görüşdə Azərbaycanla IFC arasında investisiya-məsləhət xidmətləri sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar, “Ölkənin özəl sektorunun diaqnostikası” Çərçivə Sənədinin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button