İdman

Azərbaycan klublarının avrokubok matçlarında stadiona 50 faiz azarkeş buraxılacaq

Azərbaycan klublarının avrokuboklarda evdə keçirəcəkləri oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.Apasport.az saytının məlumatına görə, bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.Qeyd edək ki, klublarımızdan “Neftçi” Çempionlar Liqasında oynadığı halda, “Qarabağ”, “Sumqayıt” və “Keşlə” Konfrans Liqasında mübarizə aparacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button