İqtisadiyyat

Azərbaycan Krasnoyarskdan taxıl idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Azərbaycan Rusiyanın Krasnoyarsk diyarından taxıl idxal edən ölkələrin ilk beşliyinə daxil olub.
“APA-Economics” bölgə üzrə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətin (“Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, ilin əvvəlindən Azərbaycana 1,2 min ton taxıl ixrac edilib. 
Ümumilikdə, bu müddət ərzində Krasnoyarsk diyarından 160 min tondan çox taxıl və kolza məhsulu ixrac edilib ki, bu da ötən ilin eyni göstəricisini 5% üstələyir. İxracın əsas həcmi buğdanın (106,9 min ton), kolzanın (42,7 min ton) və yulafın (8,7 min ton) payına düşür.
Krasnoyarsk taxılının və kolza toxumunun əhəmiyyətli hissəsi Monqolustana (97,9 min ton taxıl və 0,5 min ton kolza), Çinə (9,8 min ton taxıl və 19,3 min ton kolza), Belarusa (22,7 min ton kolza), Qazaxıstana (6,7 min ton taxıl) və Azərbaycana (1,2 min ton taxıl) ixrac olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button